Düşmən snayperləri, döyüş postu və dislokasiya məntəqəsi zərərsizləşdirilib - DSX
İşğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yollar çəkilib, 354 km yollar əsaslı təmir olunub.
meqale.com xəbər verir ki, bu barədə DSX-nin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
O da bildirilib ki, 7,1 km məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi vallar salınıb:
"2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib".