Edi Ramanın Azərbaycana işgüzar səfəri başa çatıb

Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.

Edi Ramanın Azərbaycana işgüzar səfəri başa çatıb
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun