Efirə gecikən Nəfəs belə cəzalandırıldı - VİDEO
Müğənni Nəfəs efirə gecikdiyi üçün cəzalandırılıb.
meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış ifaçı ATV telekanalında yayımlanan "Rəngarəng Səhər" verilişinə gecikib. Buna səbəb kimi tıxacı göstərən müğənniyə aparıcı Zaur Nəbioğlu maraqlı cəza verib.
Aparıcı Nəfəsə "biz stop deyənə qədər dayanmayacaqsan" deyib və rəqs etməsini bildirib. Daha sonra mahnı səsləndirilib və Nəfəs rəqs etməyə başlayıb.
Həmin görüntüləri təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun