Əfqan Cəlilova yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad olunaraq yeni vəzifəyə təyin olunub.

Əfqan Cəlilova yüksək vəzifə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad olunaraq yeni vəzifəyə təyin olunub.

meqale.com Trend-ə istinadən bildirir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.

Belə ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.

Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.