Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib
Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
"Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər",- deyə xəbərdə vurğulanıb.
Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib, beş əfqan hərbçinin isə həlak olduğu bildirilib.