Əfsanəvi animatorun sirri ortaya çıxdı - FOTO
Sosial şəbəkələrdə əfsanəvi animator Hayao Miyazakinin çəkdiyi "Necəsiniz?" ("How Do You Live?") animesinin kadrları yayılıb.
meqale.com oxuya istinadən bildirir ki, film yapon yazıçısı Yoşino Genzaburonun 1937-ci ildə çap olunmuş eyniadlı kitabı əsasında çəkilib. Layihə şəxsi ailə faciəsindən sonra balaca oğlanın emosional və fəlsəfi inkişafından bəhs edir.
Ehtimal olunur ki, bu anime 82 yaşlı animatorun karyerasında sonuncu olacaq.
"Ghibli" studiyasının baş prodüseri Toşio Suzuki bildirib ki, prodüsserlər "Necəsiniz?"in süjetini açıqlamaq istəmədikləri üçün layihə reklam edilməyib və treyleri yayımlanmayıb.
Suzukinin sözlərinə görə, kinoteatrlara çıxana qədər anime haqqında heç bir məlumat olmayacaq. Qeyd edək ki, 82 yaşlı Miyazakinin bundan əvvəlki uzunmetrajlı layihəsi 2013-cü ildə ekranlara çıxan "Külək güclənir" ("The Wind Rises") anime filmi olub. Bundan sonra rejissor karyerasını bitirdiyini açıqlamışdısa da, 2016-cı ildə "Necəsən?" mövzusunda işə başladı.