Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat etdi

Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.

Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat etdi
Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" qəzeti yazır.

Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.

O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Avropa Kubokunun qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi "Qızıl top"u qazanan yeganə oyunçudur.