Əfsanəvi müğənninin əlyazması 260 minə satıldı
Əfsanəvi sovet aktyoru, şair, müğənni Vladimir Vısotskinin "Soyuqda" mahnısının əlyazması satılıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, satış onlayn baş tutub. Əlyazma hərracda 260 min rubla (təxminən 4 382 manat) alıcıya təqdim edilib.
Bundan əlavə, hərraca kitablar, əlyazmalar, avtoqraflar, açıqcalar və bir sıra kağızlar daxil olub.