Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, iclas sabah olacaq.
Bununla bağlı Komissiyanın üzvlərinə məlumat təqdim edilib.
Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.