Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, növbəti iclasın aprelin 24-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Komissiyanın bundən əvvəlki iki iclasında komissiyaya daxil olan 200-dən artıq müraciətə baxılıb.

Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq. İlk iclasda 100-dən artıq müraciətə baxılıb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.