Əhməd cinayəti: taksilər yoxlanılır, onlayn ödəniş dayandırıldı
Əhməd Əhmədovun fevralın 13-də ailə üzvlərini qətlə yetirməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib.
"Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər", - məlumatda qeyd olunub.