Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi

Əhməd əl-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi
Əhməd əl-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

meqale.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təxminən 25 ildir Suriya rejiminin lideri olan Bəşər Əsəd, 8 dekabr tarixində rejim əleyhdarı qrupların Dəməşqi ələ keçirməsindən sonra Rusiyaya qaçıb. Bununla da 1963-cü ildən bəri hakimiyyətdə olan BƏƏS Partiyasının rejimi sona çatıb. İndi isə Əl-Şaranın rəhbərlik etdiyi yeni administrasiya ölkənin idarəçiliyini ələ alıb.