Ekofəallar Romada dəbdəbəli mağazalara hücum etdi - FOTO
"Ultima generazione" ekoloji hərəkatının fəalları Romanın mərkəzində İspaniya meydanının yaxınlığında divarlara boya töküblər.
meqale.com oxuya istinadən bildirir ki, aksiyada iştirak edən aktivistlər yoldan ötənlərlə də dava ediblər. Aksiya polis onları saxlayana qədər davam edib.
Qeyd edək ki, buna qədər ekofəallar aksiyalar keçirmək üçün memarlıq abidələrini və ya sənət əsərlərini, o cümlədən Uffitsi Qalereyasını və ya Vatikan Muzeylərini seçirdilər. Onlar həmçinin vaxtaşırı magistral yolları bağlayır və ya fəvvarələrə və Venesiyadakı Böyük Kanala boyalar töküblər. Lakin onlar bir qayda olaraq, zərərsiz və ekoloji cəhətdən təmiz maddələrdən istifadə edirdilər. Bu yolla fəallar ictimaiyyətin diqqətini iqlim dəyişikliyi probleminə cəlb etməyə çalışırlar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun