Ekologiya və Təbii Sərvətlər Nazirliyi MÜSABİQƏ ELAN EDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tullantıları İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması və mövcud sanitariya-epidemioloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək təbirlər çərçivəsində, həmçinin tibbi tullantıların idarə edilməsi üsulların təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində "birgə əməkdaşlıq" üçün
MÜSABİQƏ ELAN EDİR
Müsabiqə üzrə sənədlərin qəbulu 16 avqust - 16 sentyabr 2024-cü il tarixədəkdir. Bu müddət ərzində təqdim olunmuş sənədlərin ekspertizası aparılaraq layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcəkdir.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
Layihələrin qiymətləndirmə meyarları:
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla tibbi tullantıların idarə olunmasında təcrübəsi olan və maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İddiaçılar cəmiyyətlə və müvafiq sənədlərlə tanış olmaq və "birgə əməkdaşlıq" müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 16 sentyabr 2024-cü il tarixinədək iş günləri saat 1000-1730-dək Abşeron rayonu, Pirəküşkül kəndi Pirəküşkül massivi "Tullantəları İdarəetmə Mərkəzi"nin ofisinə müraciət edə bilərlər.
16 sentyabr 2024-cü il tarixdən sonra təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
Əlaqələndirici şəxs:
Elnur Aydəmir,
e-mail: [email protected]
tel.: (+994) 50 268 37 02