Ekvador həbsxanasında ÜSYAN – Mühafizəçilər girov götürüldü – VİDEO
Ekvadorda altı həbsxanada məhbuslar 50-dən çox mühafizəçi və polis əməkdaşını girov götürüb.
meqale.com bizim.media-ya istinadən bildirir ki, onların sırasında 7 polis, həbsxananın mühafizə və müşahidə xidmətinin 50 əməkdaşı var.
Məlumata əsasən, qadağan olunmuş əşyaları müsadirə etmək üçün cəzaçəkmə müəssisələrinə daxil olan hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qruplaşmaların üzvləri tərəfindən girov saxlanılıb.
Bundan əlavə, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində iğtişaşa cəhd olub. Nəticədə yanğın baş verib. Ölən və yaralılar barədə məlumat yoxdur.