Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus öldü

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus öldü
Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət "X" sosial şəbəkəsində məlumat yayıb.

"Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub", - məlumatda bildirilir.

Yaralıların sayı barədə məlumat verilmir.

Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.