Ekvadorlu diplomat Moskvada ölü tapıldı

Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.

Ekvadorlu diplomat Moskvada ölü tapıldı
Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb. 

53 yaşlı Porrasın cəsədi Moskvanın mərkəzində mənzildə aşkar olunub. 

Məlumata görə, oktyabrın 10-dan diplomatla əlaqə saxlamaq mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. 

Hazırda polis onun ölüm səbəblərini araşdırır.