Ekvadorun 2 gün əvvəl saxlanılan keçmiş vitse-prezidenti komaya düşdü

Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqın nəticəsində ölkə polisi tərəfindən saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas komadadır.

meqale.com unikal.az-a istinadən xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya köçürülüb, şənbə günündən isə həmin şəhərdə həbsxanadadır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, Qlas həbsxanada külli miqdarda antidepresant və sakitləşdirici dərman qəbul etdiyindən komaya düşüb.