Eldəniz Əzizli: “O, mənim güləşməyəcəyimi bildikdən sonra yarışa yollandı” - VİDEO
"Nuqzari Tsutsumiyanın Azərbaycan güləşçilərinə qarşı demək olar ki, fobiyası var".
meqale.com xəbər verir ki, bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
3 qat dünya, 2 qat Avropa çempionu çəkisində əsas rəqibi olan gürcüstanlı Nuqzari Tsutsumiya ilə bağlı maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, 55 kq-da əsas rəqibi Əzizlinin Buxarestdəki Avropa çempionatında çıxış etməyəcəyini bildikdən sonra yarışa yollanıb: "Nuqzarinin yaxın zamanlarda anası, daha sonra isə atası vəfat edib. Biz nə qədər prinsipial rəqib olsaq da, hər zaman bir-birimiz ilə maraqlanırıq, problemlərimizə kömək olmağa çalışırıq. Ağır bir dönəmdən keçir. Bu yarışa gələndə formada deyildi. Biz telefonla danışdıq. Dedi ki, əgər sən Avropa çempionatına gəlirsənsə, mən gəlmək istəmirəm. İştirak etməyəcəksənsə, bu mənim üçün şansdır. Mən isə zədəm olduğumu bildirdim. Güləşməyəcəyimi bildikdən sonra o yarışa yollandı".