Əli Əsədov Paşinyanın cavabını verdi

Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var.

Əli Əsədov Paşinyanın cavabını verdi
Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

"Ermənistanın baş nazirinə demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi. Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.