Əli Kərimli tükəndi: Qoyun-quzuya "möhtac" qalıb

44 günlük müharibədən sonra Ermənistan kapitulyasiya aktına imza atsa da, bəzi məsələlərin yarımçıq qalması bir sıra şəxslərdə suallar doğurmuşdu. Bu cavabsız suallardan istifadə edənlər də həmin şəxslərin fikirlərinə çox rahatlıqla nüfuz edə bilirdi. Qələbəmizə kölgə salmaq üçün əlindən gələni edənlər sırasında müxalifət üzvləri xüsusi yer tuturdu. Onlar Xocalı, Xankəndi və Xocavəndə baryaq sancılmamasını, ermənilərin torpaqlarımızdan tam çıxarılmamasını, sülhməramlıların Qarabağda qalmasını əsas gətirərək Azərbaycanın uğurunu gözdən salmağa çalışırdılar.

Əli Kərimli tükəndi: Qoyun-quzuya

Əksəriyyət düşünürdü ki, bu proses Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. İllər keçdi, uğurlu diplomatik siyasət nəticəsində yarımçıq qalan proseslər həll olundu. Ölkə başçısı İlham Əliyev verdiyi sözün arxasında durdu, nəyi nə zaman etmək lazım olduğunu bildiyini bir daha sübut etdi. O, bütün təzyiqlərə və hədələrə baxmayaraq uzaqgörənliklə, qəti iradə nümayiş etdirərək qələbəmizi tamamladı, pazlın yarımçıq qalan hissəsini də yerinə oturtdu.

"20 il əvvəl söz vermişdim: Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi... Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik"

Ölkə başçısının noyabrın 8-də Xankəndidə hərbi parad keçirilərkən çıxışı zamanı dediyi sözlər, eləcə də, bu paradın keçirilməsi göstərir ki, İlham Əliyev prezident seçildiyi müddətdən ölkəmizin suverenliyi, ərazi bütövlüyü üçün çalışıb. Onun uğurları danılmazdır, göz qarşısındadır.

İnsanların uğuruna hər zaman ağız büzən şəxslər olub. Hansı ki, onlar sadalanan işlərin heç yarım hissəsini belə görməyə qadir deyillər. Bu şəxslərdən biri də Əli Kərimlidir ki, onun son zamanlar paylaşdığı statuslar bunu göstərir. Paylaşımlarından da göründüyü kimi, artıq onlar deməyə söz tapmırlar, bəhanələr uydura bilmirlər. 2021-ci ildə Xankəndində bir qrup separatçının yürüşünə böyük bir paylaşım həsr edib istehzalı şərhlər yazan Əli Kərimli indi Xankəndində Azərbaycan bayrağının dalğalanmasını və ordumuzun hərbi paradını görməzdən gəlir, bu barədə nəsə yazmır. Aydındır ki, məqsədləri qələbəni gözdən salmaqdır. Yazmağa üzləri də yoxdur, çünki, 3 il əvvəl bu ittihamlar üçün əllərində hər hansı bəhanələri var idisə, indi pərt olmuş vəziyyətdə qalıblar. Onların  ərazi bütövlüyü natamamlığı kimi ciddi məsələlərdəm artıq qoyun-quzu, keçi söhbətinə qədər düşməsi bunu deməyə əsas verir.