"Əli Mirəliyev dedi ki, yanıma açıq-saçıq geyimdə gəl” - VİDEO
Gənc müğənnilərdən biri "Maqazin Plus" verilişində xalq artisti Əli Mirəliyevlə bağlı qalmaqallı açıqlama verib.
meqale.com xəbər verir ki, sənətə yeni gəldiyini və Mirəliyevdən dərs almaq üçün müraciət etdiyini bildirən ifaçı gözləmədiyi davranışla qarşılaşdığını deyib.
Onun sözlərinə görə, məşhur müğənninin yanına qapalı geyimdə getməsi narazılıqla qarşılanıb:
"Dedi ki, dərsə gələndə belə qapalı geyinmə. Açıq-saçıq, daha sərbəst olmalısan. Sən müğənni olmaq istəyirsənsə, görünüşün də səhnəyə uyğun olmalıdır", - deyə ifaçı bildirib.
İfaçının açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu ifadələri tənqid edərək sənət aləmində etik davranışın vacibliyini vurğulayıb.
Əli Mirəliyev isə səsləndirilən ittihamlarla razılaşmadığını deyərək, özünü haqsızlıqla günahlandırıldığını bildirib.
Səslənən iddiaya sosial mediada geniş reaksiyalar davam edir.