"Elzaya deməliydim ki, şlyapana görə səni qəbul etmirəm?"
"Elza Seyidcahana deməli idim ki, şlyapan xoşuma gəlmir deyə səni İttifaqa qəbul etmirəm?"
meqale.com xəbər verir ki, bu sözləri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə APA-ya müsahibəsində deyib:
- Yazıçılar Birliyindən söz düşmüşkən, yadıma hər iki birliyin üzvü olan Elza Seyidcahan düşdü. Sizcə Elza bəstəkardır, yoxsa şair?
- Elzanın bizə üzvlük üçün müraciəti bayaq qeyd etdiyim nizamnaməmizin şərtlərinə uyğun gəlirdi. Hətta mən ondan "Konservatoriyanı bitirdikdən sonra müstəqil olaraq əsər yazmısan?" soruşanda, o məni Filarmoniyada keçiriləcək müəllif konsertinə dəvət etdi. Mən də konsertə gedib onun əsərlərinə qulaq asdım. Sonra onu üzvlüyə qəbul etdik. Elzaya nə deməli idim? Sənin şlyapan mənim xoşuma gəlmir. Ona görə səni qəbul etmirəm?
- Elza Seyidcahan bəstəkar kimi necədir?