Əməkdar artist keçmiş həyat yoldaşı ilə: Əsl peşəkarlar düşmən olsalar belə... - FOTO
Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkül ilə bağlı paylaşım edib.
meqale.com xəbər verir ki, aktrisa əri ilə tədbirlərin birində çəkilən fotosunu sosial şəbəkədə yayımlayıb.
Hüsniyyə Mürvətova Cavid Təvəkkül ilə görüşünü bu sözlərlə nəql edib:
"Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006 cı ildə olmuşdu. 2025 ci il "Spinozanın Tanrısı" bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu.Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar".