Emin Bakıda “Bürc əl-Ərəb” otelinin analoqunun tikir - VİDEO
Bu, tarixi bir məqamdır, tikintini sürətləndirmək üçün gecə-gündüz işləyəcəyik.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın xalq artisti, iş adamı Emin Ağalarov Xəzərdə "Caspian Dream Liner" (Kaspian Drim Layner) otelinin tikinti ilə bağlı paylaşımında qeyd edib.
O bildirib ki, otelin təməli qurulur və tezliklə "Caspian Dream Liner" tikiləcək.
Qeyd edək ki, "Caspian Dream Liner" üç il ərzində "Sea Breeze Resort" kompleksinin ərazisində birbaşa dənizdə inşa ediləcək gəmi formasında yeni daşınmaz əmlak layihəsidir.