Emin Cəfərov “Partizan”ın oyununa təyinat aldı
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək "Partizan" (Serbiya) - "Universitatya Krayova" (Rumıniya) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
Oyun oktyabrın 25-də Belqradda keçiriləcək.