Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü

Misli Premyer Liqasının XXII turun görüşləri keçirilib.

Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü
Misli Premyer Liqasının XXII turun görüşləri keçirilib.

meqale.com xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Həmçinin bu matç "Neftçi"nin üzvü Emin Mahmudov üçün əlamətdar olub.

Belə ki, millimizin üzvü komandasının ilk qolunun müəllifi olub. Bu qolla o, "Neftçi"nin səfər matçlarında 650-ci qoluna imza atıb.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "ağ-qaralar"ın şərəfini qoruyur.