Ən çox turist bu ölkələrdən qəbul etmişik

2024-cü ilin ilk 6 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1 231 104 nəfər təşkil edib. 

Ən çox turist bu ölkələrdən qəbul etmişik
2024-cü ilin ilk 6 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1 231 104 nəfər təşkil edib. 

meqale.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında deyilir. 

Bildirilir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 34% artıb. 

Azərbaycana səfər edən xarici vətəndaşların sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstan ilk beşlikdə qərarlaşır.