Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatları Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov açıqlayıb.
Saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 59 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 38,50 % olub. Dairə üzrə 19 172 seçici səsvermə hüququndan istifadə edib.
Saat 19:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,45 % olub. Dairə üzrə 12 291 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 19:00-dək respublika üzrə 1 874 81 nəfər səs verib, seçici fəallığı 31,45 % olub.
Qeyd edək ki, bu gün saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.