Ər-arvad bir ay fərqlə Prezident mükafatı aldılar
Prezident İlham Əliyevin Sərəncamı ilə bir sıra incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. İncəsənət xadimlərinin arasında Azərbaycanın teatr rejissoru, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Anar Sadıqov (Babalı) da var.
meqale.com "Unikal"a istinadən xəbər verir ki, bundan bir ay öncə Azərbaycan Yazıçılar Birliyində (AYB) də bir sıra şair və yazıçılara Prezident mükafatı verilib.
Mükafat alanlardan biri isə şairə və yazıçı Banuçiçək Sadıqova (Muharrem) olub.