Ərdoğan “Böyük Fələstin Mitinqi”ndə Qarabağdan DANIŞDI
"Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik".
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Böyük Fələstin Mitinqi"ndə çıxışı zamanı bildirib.
O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb:
"Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük".