Ərdoğan Trampla Putini İstanbulda görüşdürmək istəyir
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda mümkün görüşü müzakirə etməyi planlaşdırıram.
meqale.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ola bilsin ki, bu həftə Rusiya Prezidenti Putinlə, həmçinin Prezident Trampla İstanbulda onlar arasında görüş təşkil edib-etməməyimizlə bağlı yenidən söhbətim olacaq", - o bildirib.