Ərdoğandan zəlzələlərlə bağlı çağırış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində getdikcə tez-tez olan zəlzələlər fonunda İstanbulda və ölkənin digər əyalətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlıq görməyə çağırıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Türkiyə liderinin sözlərinə görə, yerli rəhbərliklər məsələyə əhəmiyyət verməli və şəhərləri mümkün zəlzələlərə hazırlamalıdır.