Ərdoğanı təhqir edən aktyora hökm oxundu

Türkiyəli aktyor İlyas Salman, 3 il əvvəl BirGün qəzetinə verdiyi müsahibədə istifadə etdiyi ifadələrə görə "prezidentə təhqir" ittihamı ilə mühakimə olunub. Məhkəmə prosesində 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Bu cəza sonradan 7 min lirə məbləğində cərimə ilə əvəz olunub.

meqale.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə iclasında, İlyas Salmanın vəkili ilə birlikdə AKP-li Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili də iştirak edib.

Salmanın vəkili Selen Sınmaz cəzanın yüngülləşdirilməsini tələb edib:

"AİHM, Türk Cəza Qanununda 'təhqir' cinayətinin həm TCK 125, həm də TCK 299-cu maddələrdə tənzimlənməsini qanunsuz sayıb. TCK-nın 299-cu maddəsinin digər vətəndaşlara qarşı ayrı-seçkilik təşkil etdiyini bildirib və Türkiyə hüququnun bu yöndə düzəldilməsini tələb edib."

Sınmaz əlavə edib:

"Müvəkkilim xalqın tanıdığı bir sənətçidir. Onun məqsədi təhqir yox, ifadə azadlığı çərçivəsində fikrini ifadə etmək olub."