"Yenidən içməyə başlamağımı istəyirlər?" - İDDİALI FOTOSESSİYA
Müğənni Cessika Simpson "Bustle" jurnalı üçün obyektiv qarşısına keçib.
meqale.com axşam.az-a istinadən bildirir ki, çəkisi zamanla dəyişən ifaçı nəşrə müsahibəsində dərmanlarla arıqlaması ilə bağlı ididaları təkzib edib:
"Bu, belə deyil. Sadəcə iradən güclü olmalıdır. İnsanlar yenidən içməyə başlamağımı istəyir? Çünki o zaman çəkim artmağa başlayacaq. Yoxsa başqa övlad sahibi olmağımı istəyirlər? Bədənim buna dözmür".