Erməni bloqer Rusiyada həbs edildi
Moskvanın Taqanski Rayon Məhkəməsi erməni bloqer Arsen Markaryanı vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.
Xatırladaq ki, A. Markaryan ötən gün Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılmışdı.