Erməni cəmiyyəti onları ələ salır - Erməni bloger

Samvel Şahramanyanın əslində nə etdiyi məlum deyil. Onun separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi xəbəri bu rejimin hansısa bir "məmur"undan gəldi. Orada söhbət əvvəlki sənədi avtomatik ləğv edən imzalanmış yeni sənəddən gedirdi.

meqale.com xəbər verir ki. bu sözləri Axar.az-a erməni bloger İşxan Verdyan Samvel Şahramanyanın separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi haqqında danışarkən deyib.

"İmzalanan" yeni sənədin heç bir ciddi təsiri olmadığını deyən erməni bloger bildirib ki, separatçıların verdiyi bəyənatlar Ermənistan cəmiyyətində əhəmiyyət daşımır:

"Əslində, belə sənəddən nə qədər istəsən imzalamaq olar - onlar heç bir şeyə təsir etmir. Ermənistan hökuməti ölkədəki istənilən kvazi-hakimiyyət strukturunun dövlət təhlükəsizliyinə təhdid olduğunu yüksək səslə bəyan edib. Cəmiyyətin əksəriyyəti isə bu "məmurları" açıq şəkildə ələ salır və onların məsuliyyətə cəlb olunmasını tələb edir.

Ermənistanda "Qarabağ məmurlarının", hətta özlərinin keçmiş təbəələri - Qarabağdan olan ermənilər arasında nüfuzu yoxdur. Bu adamların dediyi bəyanatlara əhəmiyyət verilməməlidir. Onlar bugünkü gündə heç nəyə təsir etmirlər".

Verdyan bildirib ki, "arsax" məsələsinin həll olunmadığı ilə bağlı verilən bəyanatlar revanşist xaraktelidir və cəmiyyətdə sabitliyi pozmağa yönəlib: