Erməni deputat Rusiyanı ittiham etdi

Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.

Erməni deputat Rusiyanı ittiham etdi
Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.

meqale.com APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan "Freenews.am"a açıqlamasında deyib.

"Məsələn, biz onlara 98 milyon dollar borclu idik, lakin onlara borca görə 2 milyard dollar dəyərində əmlak verdik. Sonra biz onlara bütün qaz infrastrukturunu verdik, sonra görünür, bu kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını onlara verdik", - erməni deputat bildirib.

O, Kremli qane etmək üçün Ermənistanın daha nə etməli olduğunu sual edib

"Biz hər şeyə göz yumduq, dedik ki, bizim təhlükəsizliyimizi təmin edirlər", - Qaqik Melkonyan vurğulayıb.