Erməni general İrəvanı İFŞA ETDİ - Müharibə?
Rəsmi İrəvanın guya Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı uydurma iddiaları elə özləri tərəfindən təkzib edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Ordusunun Baş Qərargah rəisi general-mayor Edvard Asryanın son açıqlaması deməyə əsas verir.
"Şərti sərhəddə Azərbaycan ordusunun heç bir cəmləşməsi müşahidə olunmur. Vəziyyət stabildir", - deyən Edvard Asryan bununla da dünya ictimaiyyətinə Azərbaycanın müharibə hazırlığı gördüyü ilə bağlı əsassız iddialar səsləndirən Ermənistan rəsmilərinin bu fikirlərinin tamamilə yalan olduğunu özü də bilmədən nümayiş etdirib.