Erməni nazir Fransaya getdi
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya gedib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornyu tərəfindən ölkəyə dəvət olunub.
Xatırladaq ki, Fransanın müdafiə naziri bir qədər əvvəl Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılacağını bildirib.
Fransalı nazir konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib.