"Erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq üçün tarixi fürsət verilib"
Millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilib.
meqale.com xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin "Qisas", "Qətiyyətli cavab" və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması "Dəmir yumruğ"un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi: "Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan "boz zona"nın birdəfəlik ləğvini təmin etdi".