“Erməni sərhədçilər avqustda “Zvarnots”da xidmətə başlayacaq”
"Erməni sərhədçilər avqustun 1-dən etibarən "Zvarnots" hava limanında xidmətə başlayacaqlar".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Biz belə bir qərar qəbul etdiyimiz barədə məlumat vermişik və səhv etmirəmsə müddət 2024-cü il avqustun 1-i olaraq qeyd olunub", - deyə Paşinyan qeyd edib.
O, Rusiya sərhədçilərinin "Zvarnots" aeroportunda fəaliyyətinin dayandırılması məsələsini siyasi və geosiyasi deyil, işgüzar məsələ hesab etdiyini vurğulayıb.