Erməni vandalizminə məruz qalmış Xudavəngdən FOTOREPORTAJ
1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalan memarlıq abidələrindən biri də Kəlbəcər rayonundakı Xudavəng məbədidir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, işğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda "bərpa" adı altında qanunsuz işlər görülüb.
Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.