Ermənilər "Laçın" postundan sərbəst keçirlər - VİDEO - FOTO

Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Ermənilər
Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu gün 30-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Bundan başqa, bu gün daha sonra 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedişi maneəsiz təmin edilib.

Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

meqale.com