Ermənilər Rusiya səfirliyi önündə: Putini təhqir etdilər
Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə bağlı kortəbii aksiya keçirilib.
meqale.com axar.az-a istinadən bildirir ki, mitinq iştirakçıları Rusiya Prezidenti Vladimir Putin və təbliğatçı Marqarita Simonyanın ünvanına təhqirlər səsləndiriblər.
Qeyd edək ki, ötən gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.