Ermənilərin Azərbaycan hərbçilərini atəşə tutması... - Borrell
Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur.
meqale.com xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mətbuat konfransında bildirib.
O, Avropa Birliyinin ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.