Ermənipərəst senator Menendes və arvadının ətrafında növbəti qalmaqal
ABŞ senatoru Bob Menendes və əslən erməni olan arvadı Nadin Arslanyana qarşı maliyyə fırıldaqçılığı ilə bağlı növbəti ittihamlar irəli sürülüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, ABŞ-nin Ədliyyə Nazirliyinin bu yaxınlarda dərc olunmuş hesabatına görə, Nadin Arslanyan Nyu-Cersidən olan qida məhsulları istehsalçısından mütəmadi olaraq bahalı hədiyyələr qəbul edib.
Aralarında müqavilə bağlamış misirli məmurlar və Nyu-Cersidən olan iş adamı Menendes tərəfindən onu ofisində 2019-cu ildə qəbul edilib. Bir il sonra iş adamı ABŞ-dən Misirə ixrac olunan halal ətə sertifikasiya verən yeganə şəxs olub.
İstintaq zamanı Menendesin bu sazişə təsir etmək üçün müvafiq olaraq Senatın beynəlxalq münasibətlər komitəsindəki mövqeyindən istifadə etmək ehtimalı nəzərdən keçirilib.
"NBC"nin bu ilin əvvəlində dərc olunan hesabatına görə, komitə Misirə yardımın təqribən 2 milyard ABŞ dollarına nəzarət edir.
Xatırladaq ki, ermənipərəst senator Menendes Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini pozmağa yönəlmiş Azərbaycan əleyhinə bəyanatları ilə geniş tanınır. Eyni zamanda bu, senator və çevrəsi ətrafındakı ilk qalmaqal deyil. Onun ABŞ-dəki erməni lobbisi tərəfindən sponsorlaşdırılığına dair faktlar da yaxşı məlumdur.