Ermənistan Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcək
Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi"nin deputatları ilə qapalı görüşdə bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) üzvlüyünə namizəd olmaq üçün payıza qədər müraciət etməlidir.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, görüş martın 1-də parlamentdə keçirilib. Görüşdə nazirlər və Təhlükəsizlik Şurasının katibi də iştirak edib.
Paşinyan açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyanın regiondan sıxışdırılması üçün əməli addımlar atmasını tələb edir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çarə yoxdur.