Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu köçürəcək
Ermənistan hökuməti Arazdəyəndəki metallurgiya zavodunu Ararat vilayətinin Ararat kəndinə köçürmək barədə qərar qəbul edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün məlumat yayıb.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini bildirib.
Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.