"Ermənistan arxasında duran qüvvələrin sifarişlərini yerinə yetirir"
Ermənistan arxasında duran qüvvələrin sifarişlərini yerinə yetirməkdədir.
meqale.com xəbər verir ki, bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, Brüsseldə gözlənilən görüş sülhə və təhlükəsizliyə xidmət etmir.
"Əksinə, regional sülhə və formalaşmaqda olan sülh mühitini təhdid etməyə yönəlib. Bu, məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Nəzərdə tutuluna görüş Cənubi Qafqazda hazırkı status-kvoya qarşı yönəlib. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsini Cənubi Qafqaza daşımaq cəhdləridir.
Digər tərəfdən, kollektiv Qərb Cənubi Qafqazda Rusiyanın maraqlarına zərbə vurmaq və regiondan sıxışdırıb çıxarmaq məqsədlərini çoxdan irəli sürüb. Hazırkı reallıqlarda belə görünür ki Ermənistan yalnız bir vasitə kimi özünü göstərməkdədir. Rusiyanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan maraq dairəsini əvəzləmək və yerini doldurmaq Qərbin əsas hədəfidir. Ermənistandan başlayacaq bu ssenari Kreml tərəfindən də diqqətlə izləniləcək və cavab özünü çox gözlətməyəcək".
"İran Vətən müharibəsindən sonra Ermənistanla yaxınlaşsa və dostluq mesajları verilsə də, regional geosiyasi reallıqlara qarşı müxtəlif planlar qurulsa da, onlar da anlayır ki Avropa İttifaqının "mülki missiyası" Ermənistana yerləşdikdən sonra artıq Ermənistan daha böyük həcmdə hərbçiləri regiona dəvət etməkdə maraqlıdır.